İspaniya Çempionatı 6-cı tur

“Barselona” vahid liderliyini davam etdirir. Jirona səfərinə yollanan Barsa rəqibinə 0:3 hesabı ilə qalib gəlib. Barsanın əzəli rəqibi “Real Madrid” nəhayət bu turda 3 xal həsrətinə son qoydu. Alaves’in qonağı olan Kral klubu 1:2 hesabı ilə qələbə qazanıb. “Atletiko Madrid” yenicə istifadəyə verilən “Vanda Metropolitano” stadionunda “Sevilya” komandasını qəbul edib.İlk hissədə qapılara top vurulmayıb. İkinci hissədə Karrasko və Qrizman’nın vurduğu qollar Madrid təmsilçisinə “Sevilya” üzərində 2:0 hesablı qələbə gətirdi. Malaqa – Atletik Bilbao matçı olduqca drammatik alındı. Altı qolun vurulduğu oyunda qalib müəəyyənləşməyib 3:3. “Espanyol” doğma meydanda Deportivo’dan güclü olub 4:1. Xetafe – Vilyareal matçında da meydan sahibləri qələbə qazanıb 4:0. Çempionata yaxşı start verən “Valensiya” səfərdə “Real Sosyedad” komandasını devirdi 2:3. Eybar – Selta 0:4 Jirona – Barselona 0:3 Alaves – Real Madrid 1:2 Espanyol – Deportivo 4:1 Malaqa – Atletik Bilbao 3:3 Xetafe – Vilyareal 4:0 Real Sosyedad – Valensiya 2:3 Atletiko Madrid – Sevilya 2:0 Las Palmas – Leqanes 0:2 Betis – Levante (bu gün keçiriləcək).

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: