Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyət ilə yanaşı, bir sıra irimiqyaslı layihələr də həyata keçirir ki, onlardan biri də “Dəyirmi masa” adlanır. Bu layihə çərçivəsində “Muğam və qəzəllər”, “Aşıq musiqisi:dünən, bugün və gələcəkdə” mövzusunda keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrində məlumatlar dərc edilmişdir.

Azərbaycan Foklorunun ən qədim janrılarından olan bayatılar min illiklərin tarixi- mədəni yaddaşı, xalqımızın milli-mənəvi dəyəridir.Əsrlər boyu bayatılar sadəlik, mərdlik, dostluq, igidlik, qeyrət, namus, ar, məğrurluq kimi insani keyfiyyətləri özündə əks etdirir.Ruhumuzu yaşadan bayatılar mədəniyyətimizin, dilimizin, dinimizin və kimliyimizin dərki kimi təcəssüm etdirilib.

 Bayatı janrının özünəməxsusluğu ilk növbədə onun həm xalq ədəbiyyatı, həm də xalq musiqisi ilə bağlı olmasıdır.Bu səbəbdən bayatı ilə bağılı araşdırmalar hər iki sahədə aparılır. Janrın tarixui kökləri, poetik xüsusiyyətləri, xalq musiqisində, bəstəkar yaradıcılığında təcəssüm formaları bu gün seminarımızda təqdim ediləcək.

Milli- mənəvi sərvətimizin əsas hissəsini təşkil edən xalq yaradıcılığının parlaq janrlarından biri kimi bayatının öyrənilməsi, təbliğ edilməsi müasir mədəniyyətin aktual məsələlərindən biridir.

 Xalq musiqinin öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bu günki seminar mühüm əhəmiyyət daşıyır.Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr bayatı janrının öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcəkdə tədqiqatlar üçün yeni prespektivlər aça bilər.

 Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin və AMEA- nın Folklor İnstitunun birgə təşkilatçılığı ilə keçiriləcək “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” mövzusunda elmi seminar xalq ədəbiyyatı və xalq musiqisinin vəhdətdə öyrənilməsi sahəsində əhəmiyyətli bir tədbirdir.

 Tədbiri giriş sözü ilə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov açaraq çıxış edir.

Azərbaycan bəstəkarlar ittifaqının sədri, AMEA-nın müxbir üzvi, professor Firəngiz Əlizadə, AMEA-nın Folklor İnstitunun “Musiqi folkloru” şöbəsinin  müdiri, Sənətşünaslıq üzrə elmləri doktoru, professor Nailə  Rəhimbəyli, Filologiya üzrə  elmlər doktoru, professor Tərlan Quliyev, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə,Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xaliqzadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Atakişiyeva, Əməkdar İncəsənət xadimi Sürəyya Ağayeva  bayatı janrının Azərbaycan musiqisində yeri haqqında məruzlərlə çıxış edəcəklər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: