Məşhur model uşaqları da unutmadı

Xəbər verdiyimiz kimi tanınmış model, “Best Model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyev model kursları açıb.

Artıq bu kurslarda böyüklərlə yanaşı balaca istedadlara da düzgün yeriş, şax duruş, qamət, foto və video çəkilişlərdə simanın düzgün istifadə olunması kimi kurslar keçiriləcək.

Bu barədə İ. Əliyev özü məlumat verib. Bildirib ki, gələcəkdə podiumlarda daha çox istedadlar görmək üçün onları indidən yetişdirmək lazımdır.

Odur ki, sizlər də övladlarınızı bu kurslara yazdırın və onların uğurlarının ilk təməlinin atılmasına səbəbkar olun.

Məlumat üçün bildirək ki, kurslara qəbul artıq başlayıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: