OPERA və BALET TEATRINDA “MANON LESKO” OPERASININ PREMYERASI KEÇİRİLƏCƏKDİR

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçiriləcəkdir.

“Manon Lesko” Puççini yaradıcılığında xüsusi yeri olan  ən dəyərli əsərlərindən biridir. Tamaşanın premyerası  1893-cü il fevralın 1-də Turində (İtaliya) baş tutmuşdur. Operanın librettosu  Antuan Fransua Prevonun  Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi  tarixçəsi” adlı romanının motivləri əsasında təşkil edir.

Bir əsərdən artıq vaxt ötməsinə baxmayaraq “Manon Lesko” operası bu gün də dünya opera sənətinin inciləri sırasında bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulan premyera tamaşasında əsas partiyaları  Azərbaycanın Əməkdar artistləri  Afaq Abbasova (Manon Lesko),  Fərid Əliyev (Kavaler de Qrie), Tural Ağasıyev (Edmondo), Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar),  solist Fəhmin  Əhmədli (Fənərçi) ifa edəcəklər. Lesko partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Pyotr Primak dəvət  olunmuşdur.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: