Meksikanın Azərbaycandakı səfirliyi fotomüsabiqə elan edir

Meksikanın Azərbaycandakı səfirliyi meksikalı heykəltəraş Xorxe Marin ilə birlikdə “Varlığın canlanması” incəsənət əsərləri toplusuna aid foto müsabiqə elan edir.

Meksika səfirliyindən Frame.az-a verilən məlumata görə, müsabiqə iştirak etmək üçün Xorxe Marinin Heydər Əliyev Mərkəzində təqdim olunan əsərlərindən biri ilə şəkil çəkdirmək və fotonu sentyabrın 7-dək alasbaku@gmail.com elektron ünvanına göndərmək lazımdır.

On ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin “Facebook” səhifəsində yerşəldiriləcək. Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçların ən çox “layk” toplamaq imkanı olacaq. Yekunda ən çox bəyənilən üç şəkil mükafatlandırılacaq, qaliblərin adları isə sentyabrın 15-də Meksika Milli Gününə həsr olunmuş mərasim zamanı elan ediləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: