“Park Cinema”da art-haus kino klubu açılır

“Park Cinema” kinoteatrlar şəbəkəsi art-haus kino klubunun açılışını elan edir. Bu haqda şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev məlumat verib.

“Kino və incəsənət sevərlərin tələblərinə və arzularına uyğun olmaq “Park Cinema”nın ən əsas məqsədlərindəndir. Bu səbəbdən populyar Azərbaycan və dünya kinosundan başqa, bizim şəbəkədə operalara, sərgilərə, konsertlərə də baxmaq olar. Bununla belə, bilirik ki, ölkəmizdə festival, art-haus kinosunun da pərəstişkarları çoxdur. Yeni klubumuz məhz onlar üçün fəaliyyət göstərəcək. Bizim ilk təcrübəmiz dekabrda, “Cekintikdiyiev” filminin nümayişində oldu. Bu təşəbbüs seyrçilərin böyük marağına səbəb oldu, onlar öz təfərrüatlarını sosial şəbəkələrdə yazırdılar”, – deyə Fətəliyev bildirib.

Klubun koordinatoru tanınmış kinotənqidçi Ülvi Mehdi olub.

“Lars fonTrierin “Cekintikdiyiev” filminin nümayişindən əvvəl və sonra bilindi ki, seyrçilərimiz böyük ekranda peşəkar nümayiş üçün darıxıb. “Park Cinema” rəhbərliyi öz növbəsində, eksklüziv yenilikləri, “A”  kateqoriyalı festivalları, o cümlədən “Oskar” mükafatına namizəd olan filmlərin yayımında marağını göstərir. Ən əsası isə odur ki, “Park Cinema” ilk promo-nümayiş də iştirak edib, onun haqqında öz təəssüratlarını sosial şəbəkələrdə bölüşən intellektual publika ilə mütəmadi təmasda olmağı arzulayır”, – deyə Ülvi Mehdi bildirib.

Klubun adı şəbəkənin “Facebook” səhifəsində keçiriləcək müsabiqədə müəyyənləşəcək.

2019-cu ilin ilk nümayişində art-haus kinosunun pərəstişkarları fevralın 12-də livanlı rejissor Nadin Labakinin “Kapernaum” filminə baxa bilərlər.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOSvə Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: