IdmanƏyləncə

Premyer-Liqada 3 hakimiyyətlilik!

EPL 3-cü tur TƏHLİL:

1). Tottenham-Liverpool 1:1

2). Chelsea-Burnley 3:0

3). Hull City-Manchester United 0:1

4). Watford-Arsenal 1:3

5). Leicester-Suonsi City 2:1

6). West bromwich-Midllesbrough 0:0

7). Everton-Stoke City 1:0

8). Southampton-Sunderland 1:1

9). Cristal Palace-Bournemouth 1:1

10). Manchester City-West Ham 3:1

Turun mərkəzi oyunu şənbə günü Tottenham-Liverpool arasında keçirildi. Denny Rose və James Milner qarşılıqlı qolları ilə komandalar meydandan 1 xalla ayrılmalı oldular. Pep Guardiola’nın yetirmələri bu dəfə də azərkeşlərini sevindirməyi bacardılar.

West Ham komandasını öz meydanında qəbul edən Manchester City hesabı 7-ci dəqiqəsində açdı David Silva’dan ötürmə alan Raheem Sterling hesabı açdı.Az sonra Fernandinho hesab arasındakı fərqi 2 topa çatdırdı. Fasilədən sonra da oyunun axarı dəyişmədi,ancaq Londonluların 58-ci dəqiqədə vurduğu qol oyunda intriqanı bir qədər diriltdi.Qolun müəllifi Masuaku’dan ötürmə alan Antonio oldu. Epizodların birində Aguero rəqib müdafiəçini dirsəklə vursa da,bu hakimin gözündən yayındı.

Hər halda oyundan sonra Nizam-İntizam Komitəsi bu epizodu gözdən keçirib,futbolçuya cəza kəssə növbəti turda baş tutacaq Manchester derbisini buraxmalı olacaq. Buraxdıqları qoldan sonra da Manchester City klubunun futbolçuları hücumlarının kəsərini azaltmadı. Nəticədə Sterling daha bir dəfə fərqlənərək komandasına 3:1 hesablı qələbə gətirdi.

Chelsea bu turda əziyyət çəkmədən Burnley komandasını 3:0 hesabı ilə məğlub etdi.

Hull City-Manchester United oyunun taleyini isə yalnız bir qol həll etdi.

Matçın əlavə olunmuş sonuncu dəqiqələrdə Rooney’dən ötürmə alan Rashford topu boş qapıdan keçirdərək komandasına 3 xal qazandırdı.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!