CinemaTəqdimatƏyləncə

“Qisasçıların gecəsi” “Park Cinema”da: fanatlar qəhrəmanlarla görüşəcək

Bu premyeranı bütün dünya gözləyir. “Qisasçilar”ın fanatları gün və saatları sayır. Saytlar spoylerlər və məlumatlarla doludur, amma filmin yaradıcıları susur və heç kim bilmir, 182-dəqiqəlik “Qisasçılar: Final” filmi necə nəticələnəcək.

Qalaktikanın Qisasçıları və Mühafizəçiləri qüdrətli Əbədiyyət Əlcəyinə sahib olan Tanosla sonuncu müharibə mərhələsinə qədəm qoyurlar. Ağılsız Titanla qəhrəmanların gücləri arasında təkcə Yer kürəsinin deyil, bütün Kainatın taleyini həll edəcək final döyüşü gözlənilir.

“Qisasçılar: Final” filmi bütün dünyada artıq 257 000 000 ABŞ dolları yığıb. Mütəxəssislərin rəyinə görə, yekun filmin yekun “boks-ofisi” 2 000 000 000 ABŞ dollara yaxın təşkil edəcək.

Aprelin 28-də, saat 22:00-da “Park Cinema Flame Towers” kinoteatrında “Qisasçılar gecəsi” adlı xüsusi bir tədbir keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün həmin günü bu məkanda göstəriləcək seansların birinə bilet almaq lazımdır. Üç seans saat 23:30-da, üçü 02:50-də başlanacaq. Qonaqlar üçün furşet, musiqi və filmin qəhrəmanları ilə görüş təşkil olunacaq. Tədbirdə 500 nəfər qonağın iştiraki gözlənilir.

“Əminik ki, “Qisasçılar”ın pərəstişkarları təşəbbüsümüzü layiqincə qiymətləndirəcək, – “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib. – Aprelin 28-i üç kinoteatrımızda ümumi sayda 20 seans göstəriləcək. Qonaqlarımız onu həm “IMAX”, həm “Dolby Atmos”, həm “LaseR” zallarında baxa biləcək”.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.
“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.
Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!