Azərbaycanda ilk qorxulu filmin çəkilişləri başa çatıb

Ötən ilin avqust ayının 4-dən başlayan “Qorxu altında” tam metrajlı bədii maarifləndirici filmin çəkilişləri həmin il oktyabrın 6-da sona çatıb.

Film Bakı və Nabranda çəkilib. Filmin qayəsi narkomaniya əleyhinə mübarizədir. İyirmi birinci əsrin bəlası sayılan ağ ölümə qarşı rejissor Namiq Əlioğlu öz baxış prizmasından yanaşaraq, filmi lentə alıb.

Film narkomaniyadan əziyyət çəkən gənclərin mutanta çevrilişindən və günahsız insanların qətlindən bəhs edir. Film yaxın zamanda ölkəmizin kinoteatrlarında nümaiş olunacaq.

Ssenari müəllifi və quruluşçu rejissor Namiq Əlioğlu, Quruluşçu operator Tərlan Haqverdiyev, səhnə rəssamı Maqsud Məmmədov, İkinci rejissor Sima Şabanova, qrim Tahirə Əliyeva, montaj və qrafika N.A. media, rejissor assistenti Ədnan Zeynallı, fotograf Sənan Mehmanoğlu, Koordinator Heyder Hasanov.

Rollarda: Sima Şabanova, Cavid Aydınov, Rüfət Cabbarov, Təhminə Tağıyeva, Xanım Əliyeva, Rafael Abdullayev, Adəm Osmanov, Zeynəb Tahirli, Aydın Əliyev, Vuqar Məmmədəliyev, Qənirə Məmmədova, Mətanət Mirzəzadə çəkilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: