Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə “Bahar” turniri keçiriləcək
Martın 16-17-də Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə “Bahar” turniri keçiriləcək.
Azərbaycan Ciu-citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev Frame.az-a bildirib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, federasiyanın və Braziliya Ciu-citsusu Departamentinin birgə təşəbbüsü ilə təşkil olunacaq yarışda uşaqlar, yeniyetmələr, gənclər və kişilər mübarizə aparacaqlar.
Yarışın qalibləri BŞGİBİ-nin diplom və medalları ilə təltif olunacaq.