“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi- yeni filial

1 sentyabr tarixində “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin yeni filialının açılışı olub.

Açılışda Azərbaycan Ukranya alyansının sədri Elmar Məmmədov, mərkəzin yeni psixoloq-müəllim kollektivi və başqaları iştirak edib. Elmar Məmmədov mərkəzin fəaliyyəti və perspektiv layihələrlə tanış olub və gələcək işlərində uğurlar arzulayıb. “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva 11 ildir fəaliyyət göstərən mərkəzdə bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlara mütəmadi şəkildə dəstək göstərildiyini bildirib. Həmçinin mərkəz hazırda Bakı şəhəri, Qobustan, Şamaxı, Bərdə, Biləsuvar və s. bölgələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə sosial layihələr həyata keçirməkdədir.

Qeyd edək ki, “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin yeni filialı Bakı şəhəri, N.Nərimanov rayonu, Faiq Yusubov küç.51 A ünvanında yerləşir. Yaxın gələcəkdə 1-i regionda, digəri Bakı şəhərində olmaqla Mərkəzin daha 2 filialı istifadəyə veriləcək. Daha ətraflı məlumatı mərkəzin sosial media hesablarından və telefon vasitəsilə (0553723311) əldə edə bilərsiz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: