Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” beynəlxalq elmi konfrans çərçivəsində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılacaq.

Frame.az xəbər verir ki, sərgi ilə əvvəlcə konfrans iştirakçıları, oktyabrın 25-dən isə ictimaiyyət nümayəndələri tanış olacaqlar.

Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar ziyarətçilərin ixtiyarına veriləcək. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edəcək, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində “canlanan” eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi ab-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.

Sərgi gələn il yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla zəngin “Şirvanşahlar irsi dünya muzeylərində” adlı kataloq nəşr olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: