STP-nin Zəfər Ağacı abidəsi Zəfər yarmarkasında sərgilənir!

STP Şirkətlər qrupu Böyük qələbəmizdən sonra ilk dəfə qeyd etdiyimiz  8 noyabr, Zəfər Günü münasibətilə Zəfər ağacı abidəsi hazırlayıb. Abidə 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Zəfər ağacı paslanmaya davamlı metaldan hazırlanmış gövdə və budaqlardan, həmçinin budaqlardan asılmış şəhidlərimizin adları yazılmış  3000 metal hərbi adlıqlardan ibarətdir.  Ağacın hündürlüyü  2.9 metr, eni 2.2 metr və çəkisi 400 kq-dır. Azərbaycan vətəndaşları və şəhərimizin qonaqları Zəfər Ağacını görmək üçün 7 noyabr tarixinə kimi Bakı Bulvarı ərazisində keçirilən “Qarabağ qəhrəmanlarının izi ilə”adlı yarmarkanı  ziyarət edə  bilərlər. Zəfər Ağacı 8 noyabr tarixində Sumqayıt Şəhərinin Şəhidlər Xiyabanında  quraşdırılması planlanır.

Qeyd edək ki,  Yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

STP Şirkətlər qrupu hər kəsi  yarmarkaya qoşulmağa  dəvət edir.  Həm, Zəfər günümüzü  qeyd edək, həm də şəhid ailələrinə və sağlamlığını itirmiş qazilərimizə dəstək  olaq!

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: