AirnewsGözəllikSəyahətTurizmTəqdimat

“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edib

Daima sərnişinlərinin rahatlığını düşünən “Türk Hava Yolları” yeni səyahət dəstlərini təqdim edir. Dəstlər dünya dəbinin aparıcı şirkətlərindən olan “Versace” və turizm məhsulları üzrə ixtisaslaşmış “Mandarina Duck”tərəfindən hazırlanıb.

Dünya aviasiyasında bazar payını və sərnişin sayını ilbəil artıran THY iyul ayının 2-dən etibarən qitələrarası uçuşlarda biznes sinif sərnişinləri üçün “Versace” tərəfindən dizayn olunmuş dəstlər təqdim edir. Sərnişinlərin uçuş zamanı ehtiyaclarını ödəmək üçün yeni dəstdə corab, qulaqlıq, yuxu maskası, məlumatlandırıcı stikerlər, dodaq balzamı, əl üçün losyon, nəmləndirici üz kremi və saç sancaqları (ancaq qadınlar üçün nəzərdə tutulmuş dəstdə) yer alıb.

Yeni kolleksiyanın əvvəlkilərdən əsas fərqi qadın və kişi sərnişinlərin uçuş zamanı ehtiyaclarını nəzərə alaraq, onlar üçün fərqli dəstlərin yaradılmasıdır.

Yeni kolleksiyada tədqim olunan zərif və funksional dizaynlı çantaları sərnişinlər uçuşdan sonra da gündəlik olaraq istifadə edə bilərlər. “Versace” tərəfindən təqdim olunan nəmləndirici kremlər isə sərnişinlərin vaxtlarını daha komfortlu keçirmələri üçün nəzərdə tutulub.

Qitələrarası ekonom sinif sərnişinləri üçün “Mandarina Duck” tərəfindən hazırlanmış dəst isə iyul ayının 3-dən təklif olunur. “Mandarina Duck” ağıllı və unikal dizaynı sayəsində səyahətsevərlər arasında geniş rəğbət qazanıb. Ekonom sinif üçün nəzərdə tutulmuş dəstdə corab, yuxumaskası, qulaqlıq, dodaq balzamı, diş fırçası və məcunu yer alıb. Sərnişinlərinə təbii və yüksək keyfiyyətli dermolokosmetoloji məhsullar təklif edən “Türk Hava Yolları”  bunu üçün “Atelier Redbull” şirkəti ilə əməkdaşlıq edir. Belə ki, ekonom sinif üçün nəzərdə tutulmuş dəstin dodaq balzamı məhz bu şirkətə məxsusdur.

Sərnişinlərinə əvəzsiz uçuş təcrübəsi bəxş edən ”Türk Hava Yolları” təklif etdiyi məhsul və xidmətlərini daima inkişaf etdirir.

 Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!