“Uşaq kimi” mahnısı üçün müsabiqənin qalibi bəlli oldu
Xəbər verdiyimiz kimi xalq artisti, 1oo % F.A Faiq Ağayev “Uşaq kimi” mahnısı üçün müsabiqə elan etmişdi.
Estrada ulduzu yeni hitini ən yaxşı oxuyanlar arasında 19 yaşlı Murad Muradzadənin ifasını bəyənib.
Məlumat üçün bildirək ki, 3 ay müddətində davam edən virtual yarışmada yalnız həvəskar dinləyicilər iştirak edirdi.
Onlarla istifadəçi öz ifalarını İnstagramda #Ushaq_ kimi haştagı ilə paylaşmışdı.
“Uşaq kimi” mahnısının musiqisi və aranjimanı Rabil Səfərli, sözləri Rauf Sübhi, mix-masteri isə Givi Usenaşviliyə məxsusdur.
Frame.az