MüsabiqələrŞəkillərTəqdimat

“ Uşaq olmaq çətin imiş” aylıq fotomüsabiqə

Qayğısız uşaqlıq çağları hər kəs hansısa  qeyri adi hərəkəti ilə yadda qalır.  Uşaqlar özünü böyük kimi aparmaq, onları təqlin etməyə çalışır. Öz dünyalarını qururlar. Uşaq ikən oynadıqları oyunlar artıq onların gələcək xarakterindən xəbər verdiyini nəzərə almaq vacib məqamlardan biridir. Gündəlik həyatlarında rastlaşdıqları və özləri üçün kəşf etdikləri yeniliklərə qarşı olan hissləri uşaq sevincləri və məyusluqlarıdır. Bəzən bu böyüklərin belə nəzərindən qaçır. Amma  fotoqraflar bu anı yaşatmağı bacaranlardır.

Müsabiqəyə fotolar  musabiqeafb@gmail.com  ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 26 fevral tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə və ya açıq səs vermə üçün kodlaşdırılacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Ayliq Musabiqe qrupu”nda yerləşdiriləcək. İdeya müəllifi Rauf Umudur. Foto müsabiqənin kordinatoru Nail Əhmədovdur  tel. 070 2360097.

Fotoların hansı yolla secilməsi barəsində www.photographer.az  saytına və ya fotolarınızı göndərdiyiniz email ünvanına təklifləriniz yazmağınız xahiş olunur və ya kimləri münsiflər kimi görürsüz. Müsabiqəyə qoşulan hər bir kəs acıq səsə vermədə iştirak etməsi arzu olunur. Seçim Sizindir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!