Yaşıl meydanlarda növbəti oyunlar keçirilib

İtaliya Çempionatı 18-ci tur:

İtaliya A Seriyasında növbəti turun oyunları keçirilib. Çempionatın lideri “Napoli” komandası doğma meydanda qəbul etdiyi Sampdoriya’nı 3:2 hesabı iə məğlubiyyətə uğradıb. Napoli’yə 3 xalı gətirən qola Slovakiyalı yarımmüdafiəçi Hamşik imza atıb. Ötən tur gözlənilmədən evində Udineze’yə boyun əyən “İnter” bu dəfə Sassuolo’ya minimal hesabla məğlub olub. Latsio – Krotone qarşılaşmasında gözlənildiyi kimi meydan sahibləri qələbə qazanıb 4:0. Turun mərkəzi görüşündə “Yuventus” və” Roma” komandaları üz-üzə gəlib. Oyuna fəal başlayan Yuve 18-ci dəqiqədə istəyinə nail olub. Benatiya yaxın məsafədən fərqlənməklə komandasını hesabda önə keçirib 1:0. Oyuna əlavə olunmuş dəqiqələrdə “Roma” hesabı bərabərləşdirməyə yaxın olub. Lakin komandanın yeni transferi Şik Roma’nın sabiq qapıçısı Şçesnı ilə təkbətək dueldən məğlub ayrılıb. 1:0 hesabı ilə vacib qələbə əldə edən “Qoca Sinyora” xallarının sayını 44-ə yüksəldib. “Milan” doğma meydanda “Atalanta” komandası ilə qarşılaşıb. Hesab görüşün 32-ci dəqiqəsində açılıb. Kristante yaxın məsafədən fərqlənməklə qonaqları hesabda önə keçirib 0:1. 71-ci dəqiqədə İliçiç ikinci topu Milan’ın qapısına vurub 0:2. Bu məğlubiyyətdən sonra “Milan” 11-ci pilləyə enib. “Napoli” 45 xalla turnir cədvəlinə başçılıq edir. “Yuventus” 44 xalla 2-ci sırada qərarlaşıb. Aktivində 40 xalı olan “İnter” ilk üçlüyü qapayır. Kyevo – Bolonya 2:3 Kalyari – Fiorentina 0:1 Milan – Atalanta 0:2 Latsio – Krotone 4:0 Udineze – Verona 4:0 Sassuolo – İnter 1:0 Cenoa – Benevento 1:0 Spal – Torino 2:2 Napoli – Sampdoriya 3:2 Yuventus – Roma 1:0

İspaniya Çempionatı 17-ci tur:

Turun mərkəzi matçında əzəli rəqiblər “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib. İlk hissədə tərəflərin cəhdlərinə baxmayaraq hesab açılmayıb. İkinci hissəyə fəal başlayan qonaqlar 54-cü dəqiqədə istəklərinə nail olublar. Serxi Roberto’dan dəqiq ötürmə alan Suarez hesabı açıb. Buraxılan qoldan sonra “Real Madrid” komandası qapısında ikinci topu görüb. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Messi cari çempionatda 15-ci qolunu vurmuş oldu. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Aleiks Vidal üçüncü topu Kral klubunun qapısından keçirərək hesabı 0:3 edib. Qeyd edək ki bu qələbə sayəsində “Barselona” tarixində ilk dəfə “Bernabeu”da ardıcıl 3-cü qələbəsini qazandı. Çempionata yaxşı başlayan “Valensiya” komandası ardıcıl ikinci dəfə məğlubiyyətə uğrayıb. Ötən tur Eybar’a səfərdə 2:1 hesabı ilə boyun əyən “Yarasalar” bu dəfə evində Villareal’a 0:1 məğlub olub. Dieqo Simeone’nin çalışdırdığı “Atletiko Madrid” komandası da turu xalsız başa vurub Espanyol’un qonağı olan “Atletiko Madrid” 1:0 hesabıyla rəqibini yenilib. “Real Madrid üzərində vacib qələbə qazanan “Barselona” xallarının sayını 45-ə yüksəldərək ən yaxın izləyicisi olan Valensiya’nı 9 xal qabaqlayır. Real Madrid – Barselona 0:3 Valensiya – Villareal 0:1 Betis – Atletik Bilbao 0:2 Espanyol – Atletiko Madrid 1:0 Deportivo – Selta 1:3 Levante – Leqanes 0:0 Xetafe – Las Palmas 2:0 Real Sosyedad – Sevilya 3:1 Eybar – Jirona 4:1

Hollandiya Çempionatı 18-ci tur:

Hollandiya Erediviziyasında 18-ci turun oyunları keçirilib. Çempionatın lideri “PSV Eindhoven” komandası evində Vitess’ə 2:1 hesabı ilə qalib gəlib. PSV Eindhoven’i qarabaqara izləyən “Ayaks” komandası da turu üç xalla başa vurub. Villem’i qəbul edən Amsterdamlılar rəqibini 3:1 hesabı ilə məğlub edib. Son ölkə çempionu “Feyenord” doğma meydanda “Roda” komandası ilə qarşılaşıb. Görüşün favoriti hesab olunan Rotterdamlılar artıq 1-ci dəqiqədə Yorgensen’in qoluyla hesabda önə keçib 1:0 Buraxılan qoldan cəmi üç dəqiqə sonra qonaqlar ikinci dəfə meydanın mərkəzinə dəvət olunublar 2:0. İkinci hissənin əvvəllərində “Roda” Qustaffson’un başla vurduğu qolla hesab arasındakı fərqi azaldıb 2:1. Lakin bundan artığına qonaqların gücü çatmayıb. 56-cı dəqiqədə Yorgensen dublunu rəsmiləşdirib 3:1. Oyunun sonlarında daha iki dəfə fərqlənən meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Çempionata yaxşı başlayan “Zvolle” səfərdə Den Haaq’a böyük hesabla məğlub olub 4:0. Ekselsior – Tvente matçında qalib müəyyən olunmayıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Ayaks – Villem 3:1 Venlo – Herakl 3:1 Den Haaq – Zvolle 4:0 Qroningem – Sparta 4:0 Feyenord – Roda 5:1 Ekselsior – Tvente 0:0 PSV Eindhoven – Vitess 2:1 Breda – Urtrext 3:1 Alkmaar – Herenveen 3:1

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: