Zumba Festival

Azərbaycanda ilk dəfə ZUMBA FESTİVAL

22-23-24 sentyabr tarixlərində Su İdmanı sarayının 1 illik yubileyinə həsr olunmuş Azərbaycanda ilk dəfə “ZUMBA FESTİVAL” təşkil olunacaqdır.
3 gün ərzində festivalda peşəkar Zumba məşqçiləri tərəfindən məşqlər və master-klass, həmçinin festivalın bağlanış mərasimində latın-amerika ritmləri üzərində əyləncə gecəsi sizi gözləyir.
22 sentyabr – Açılış 19:00
Açılış Avropa Oyunları parkı ərazisində baş tutacaq. Peşəkar Zumba məşqçiləri tərəfindən master-klass təqdim olunacaq.
23 sentyabr 12:00 – 14:00
Su İdmanı sarayının məşq hovuzunda Aqua-Zumba üzrə dərslər və master klass təqdim ediləcək. (Aqua-Zumba Azərbaycanda ilk dəfə təqdim olunur)
24 sentyabr – Bağlanış mərasimi 19:00
Bağlanış mərasimi Avropa Oyunları parkı ərazisində baş tutacaq. Master-klass və rəqs gecəsi davam edəcək.
İştirak:
Tədbirdə iştirak ödənişlidir.
– 22 sentyabr – 1 nəfər 20 AZN
– 23 sentyabr – 1 nəfər 20 AZN
– 24 sentyabr – 1 nəfər 25 AZN
– 22-23 sentyabr – 1 nəfər 35 AZN
– 23-24 sentyabr – 1 nəfər 40 AZN
– 22-24 sentyabr (tam paket) – 55 AZN
Master-klass peşəkar məşqçi və müəllim Nərgiz Osmanova və Gürcüstanın Zumba fitnes üzrə il lisenziyalı məşqçisi Keti Zazanaşvili tərəfindən aparılır.

Nərgiz Osmanova – 2011-ci ildə ZUMBA FİTNES üzrə lisenziya alaraq paytaxtımızda bu istiqaməti inkişaf etdirən ilk məşqçidir. O, idman-bal rəqsləri (latın-Amerika proqramı) üzrə bir neçə dəfə Azərbaycan çempionu olmuş, idman ustası adına layiq görülmüş, həmçinin “Zumba Conventio 2014-2015” proqramı çərçivəsində bir sıra master-klass dərsləri almışdır. Zumba kids, Aqua Zumba, Zumba ProSkills istiqamətləri üzrə mütəxəssis və lisensizalı məşqşidir.
Keti Zazanaşvili – Gürcüstanın Zumba fitnes üzrə ilk lisenziyalı məşqçisidir.
2014-2015-ci illərdə Orlando ştatında keçirilən ən iri Zumba Fitness konvensiyasında iştirak etmiş ilk Gürcüstan məşqçisidir. 2016-cı ildə Londonda Zumba Akademiyasında olan yeganə Gürcüstan məşqçisidir.
Zumba Step, Zumba Kids proqramları üzrə mütəxəssis, həmçinin Peşəkar bacarıqlar və Yamayka Ritmləri Zumbası üzrə sertifikatların sahibir.
Peşəkar rəqqas və Gürcüstanın “Nichieri” (Georgia’s Got Talent) bacarıqlılar şou-konkursunun qalibidir.
Təkərlər üzrərində idman rəqsləri üzrə Milli Paralimpiya Komitetinin məşqçisi və Gürcüstanın Təkərlər Üzrərində İdman Rəqsləri Federasiyasının prezidentidir.

Zumba Fitnes – fitnes sənayesində unikal və yeni istiqamətdir. Bu istiqamət hərarətli latın-amerika rəqslərini və digər ritmələri özündə birləşdirir.
Zumba Fitnes sizə bol enerji ilə yanaşı, gün ərzində xoş əhval-ruhiyyə də bəxş edəcək.
Lakin əsas məqsədi unutmaq lazım deyil. Zumba Fitnes artıq çəkidən azad olmaqla yanaşı, bədəni və əzələləri bərkitməyə kömək edən kardio məşqdir.

Aqua Zumba – Hovuzda əsl əyləncədir. Bu istiqamət təhlükəsizdir, lakin bütün əzələlərin işləməsini tələb edir. Bu da öz növbəsində ürək fəaliyyətini yaxşılaşdırır, bədənin ümumi tonusunu artırır, ən əsası da inanılmaz hərarətli atmosfer yaradır.

14192599_1565515630423670_2243501174950238677_nFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: