Ə.Orucəliyev küçəsində hərəkət bir tərəfli təşkil edilib
Nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyətin müşahidə edildiyi Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində yenidənqurma işləri aparılıb. Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihə Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.
Heydər Əliyev pr-dən Təbriz küçəsi istiqamətində sıxlığın və nizamsızlığın aradan qaldırılması üçün hərəkət birtərəfli təşkil edilib.
7 məntəqədə nizamlanmayan eyni səviyyəli piyada keçidləri, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib, səkilərin bəzi hissələrində genişləndirmə işləri aparılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Nəticədə:
Ø Küçənin buraxıcılıq qabiliyyəti artıb;
Ø parklanma şəraiti tənzimlənib;
Ø əlçatanlıq səviyyəsi artıb;
Ø piyadaların təhlükəsizliyi və rahatlığı təmin olunub.
Sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi, Təbriz küçəsindən Heydər Əliyev prospektinə yönəlmək istəyərkən İzzədin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən istifadə etməyi tövsiyyə edirik.