EventsTəqdimat

Əfsanəvi “OZAN”-ın rəhbəri ilə görüş keçiriləcəkdir

Əziz musiqi, poeziya, media, fəlsəfə, kitab həvəskarları və peşəkarları!

20.11.2016 tarixdə saat 15:00-da mərkəzimizdə tanınmış bəstəkar-şair, 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəri, “Rekviyem”, “Pəncərə”, “Sən getdin”, “Ey sən” və digər tanınmış musiqi əsərlərinin müəllifi, ötən əsrdə Azərbaycanda ilk qeyri-formal ictimai təşkilat kimi milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuş, o dövrdə Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuş, Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu, Fəlsəfə elmləri namizədi, dosent, hazırda AMEA-nın sosiologiya elmləri üzrə doktorantı və yeni yaranmış “Quran nəşrləri” nəşriyyatının direktoru, naşir Rasim Müzəffərli ilə görüş təşkil olunacaq.

Görüşdə iştirak etmək ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün səhifəmizin mesaj bölməsinə ad və soyadınızı, həmçinin əlaqə nömrəsi/e-mail ünvanı qeyd etməyiniz və ya ofisimizə yaxınlaşmağınız xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, Sülh Plaza (Mərkəzi Avtovağzalın yanında), 3-cü mərtəbə, Ofis № 310, “Next Tuition Centre” Tədris Mərkəzi

Mobil: (+99470) 207 37 67

E-mail: office@next-tc.com

Frame.az

15050451_1445962652142370_704306515_n

http://https://www.youtube.com/watch?v=vqjsevOXAGI

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!