IdmanIqtisadiyyatTəqdimatƏyləncə

Ən baxımlı idman yarışlarını Setanta Sports-la Ailə TV-də izlə

İngiltərə Premyerliqası, İspaniya La liqası, Almaniya Bundesliqası, Fransa futbol liqası, Formula 1 üzrə dünya qranpriləri, NBA basketbol liqası və digər məşhur idman yarışlarını indi Ailə TV şəbəkəsində izləmək olar. Belə ki, Ailə TV Rəqəmsal yayım və İPTV yayım növündə yeni Setanta Sports 1 və Setanta Sports 2 idman TV kanallarının nümayişi başlamışdır.

Ailə TV Rəqəmsal Kabel Televiziyası və İPTV yayım növündə mövcud olan Sport+ paketinə daxil olan Setanta Sports 1 və Setanta Sports 2 idman kanallarından savayı müxtəlif idman azarkeşlərin zövqünə uyğun daha 13 idman kanalı abunəçilərə təklif olunur.

Ümumilikdə Ailə TV baza yayım paketlərinə 200-dən çox seçmə televiziya kanalı daxildir. Əsas paketə aylıq abunə 10 azn, 15 seçmə idman kanalından ibarət Sport+ paketinə abunə isə əlavə 5 azn təşkil edir.

Abunəçilərin tələblərini və dünya trendlərini nəzərə alaraq Ailə TV yayım şəbəkəsində mütəmadi olaraq yeniliklər baş verir və ən baxımlı televiziya kanalları müxtəlif paketlərə əlavə olunur.

Daha ətraflı məlumat üçün (012) 920 zəng mərkəzinə müraciət etməklə məlumat almaq mümkündür.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!