Frame Life

Əzizlərimiz, Uber ilə keçirdiyiniz 2 ilə görə təşəkkür edirik!

Bu müddət ərzində biz çox şeyə nail olduq:

İstifadəyə iki yeni produkt verdik: uberX və UberSELECT;

Tətbiqi yenilədik;

Sifarişlərinizi öncədən planlaşdırmaq imkanını yaratdıq;

İstifadəçilərimiz üçün bir çox kampaniya keçirdik;

Öncədən hesablanan gediş haqqı funksiyasını işə saldıq;

Əsası isə, Bakının sakinləri və qonaqları üçün gedişləri daha rahat və sərfəli etdik.

Bəs sizin Uber tətbiqində ilk avtomobillərin görünməsi həyacanı yadınızdadır mı?

Yalnız bir gün, 21 aprel, biz bütün müştərilərimizə keçmişə qayıdaraq Uber-in Bakıda ilk funksiyası olan, müştəriləri premium avtomobillər ilə təmin edən UberBLACK funksiyasından yenidən istifadə etməyə və Uber-in Bakıda ilk günlərini yenidən yaşamağa dəvət edirik! Uber sizin üçün şirin bir hədiyyə də hazırlayıb: UberBLACK sifariş verənlər bir neçə dadlı şirniyyat alacaq.

Bizi təbrik etmək istəyirsiniz? Bəzi avtomobillərdə GoPro kamera olacaq və siz bizim komandaya video təbrik göndərə biləcəksiniz!

Nəzərinizə çatdırmaq istərdik ki, bayram avtomobillərinə tələbat çox yüksək olacaq. Bu bayram günü UberBLACK xidmətinin qiyməti uberX tariflərinə bərabər olacaq: sifariş üçün 0.55 AZN, 1 kilometr üçün 0.34 AZN, hər dəqiqə üçün isə 0.02 AZN.

UberBLACK necə sifariş vermək olar?

21 aprel saat 11:00-19:00 arası Uber tətbiqinə daxil olun;

Sifariş nöqtəsini qeyd edin və sifariş verin;

UberBLACK seçimini edin;

Əla! Dostlarınız ilə görüşə, ailəniz ilə nahara və ya evə premium sinifli avtomobil ilə ucuz qiymətə gedin.

Vacib məlumat:

Yüksək tələbata və bayram avtomobillərin sayının məhdud olduğuna görə, Uber hamıya gediş söz verə bilməz. Lakin əgər ilk cəhtdən sifariş verə bilmədinizsə, ruhdan düşməyin və yenidən sınayın!

Şirniyyatlar sizə tamamilə pulsuz veriləcək.

Bir gedişə görə siz bir hədiyyə ala bilərsiniz.

Azərbaycanda öncə fəaliyyət göstərən UberBLACK Uber şirkətinin premium klasslı klassik xidmətidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!