IqtisadiyyatTəqdimat

Oruc İbrahimov yüksək vəzifəyə təyin edilib

Peşəkar mütəxəssis “Azərsun Holdinq”də yüksək vəzifəyə təyin edildi

Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə təyin edilib. 

Biznes və marketinq sahəsində zəngin təcrübəyə malik Oruc İbrahimov bundan öncə uzun müddət  Korporativ Kommunikasiyalar, Marketinq, eləcə də Biznesin İnkişafı departamentlərinə rəhbərlik edib. Bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı müddətdə bir çox sosial yönümlü dövlət əhəmiyyətli layihələr həyata keçirib. Son 2 ildə ABŞ, Avropa və ölkə daxilində mühüm lahiyələrdə iştirak edib. Müxtəlif beynəlxalq təlim və seminarlara qatılıb. Həmçinin uzun zamandır ki, biznes konsultant kimi fəaliyyət göstərir. Fərqli bizneslərə konsultantlıq edərək, bu istiqamətdə özünə güvən və müsbət imic formalaşdırıb. 

O, “Azərsun Holdinq”-də Marketinq, İctimai əlaqələr, Sosial lahiyələr və İnnovativ həllərin inkişafı sahəsində öz dəstəyini göstərəcək.

Qeyd edək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun övladıdır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!