MədəniyyətTəqdimat

Emin gürcü ifaçı ilə Kikabidzenin xatirəsinə duet OXUDU

Xalq artisti və iş adamı Emin Ağalarov əfsanəvi gürcü müğənnisi Nani Breqvadze ilə ortaq dostları, mərhum Vaxtanq Kikabidzenin xatirəsinə yeni duet ərsəyə gətiriblər.

Frame.az xəbər verir ki, ikili 40 ildən artıqdır ki, dillərdə əzbərə çevrilən və Gürcüstanda populyar və sevimli mahnı “Çiçəklər ölkəsi”ni ekran həyatı veriblər.

Bu, Ağalarovun repertuarında gürcü dilində ifa olunan ilk mahnıdır. Bu mahnının çəkilişləri hələ 2022-ci ildə Vaxtanq Konstantinoviç Kikabidzenin iştirakı ilə planlaşdırılırdı. Birgə duet ideyası sənətçilər arasında çoxdan müzakirə olunub: 

“Mən yeniyetmə olanda və Amerikada yaşayanda tez-tez məşhur ifaçıların, o cümlədən Nani Breqvadzenin, Vaxtanq Konstantinoviçin disklərini alırdım. Yenicə Bubanın ifa etdiyi “Kvavilebis kvekana” mahnısına rast gəldim və 14 yaşımdan bəri bu nəğmə ruhuma hopub. Biz Bakıda keçirilən “Jara” beynəlxalq musiqili festival zamanı Vaxtanq Kikabidze ilə çox yaxşı dost olduq və bu kompozisiyanı birgə ifa etməyimizi uzun müddət müzakirə etdik.

Təəssüf ki, o, mahnının yazılmasına qədər yaşamadı. Onun böyük dostu Soso Abzianidze bizə bu heyrətamiz hekayəni bütün həyatı boyu Vaxtanqın sevgilisi olan əfsanəvi Nani Breqvadze ilə etməyi təklif etdi. Nani xanıma bu layihədə iştirakına görə, çox minnətdaram. Duetimiz çox hərarətli və səmimi oldu. Bu musiqi mənim ürəyimdəndir, böyük aktyor, mənim dəyərli dostum Vaxtanq Konstantinoviç Kikabidzenin xatirəsinədir”, – deyə Emin vurğulayıb.

Klip günəşli Tiflisdə Tamara Qverdtsiteli, Vaxtanq Kikabidze və bir çox başqa məşhur gürcü və sovet ifaçıları ilə birlikdə çalışmış məşhur rejissor Zaza Oraşvili tərəfindən lentə alınıb.  
Çəkiliş üçün onlar şəhərin kənarındakı ən gözəl və məşhur yerlərdən birini, Qardeniya bağını seçiblər. Mahnının bəstəkarı Mixeil Çirinaşvili, sözlərin müəllifi Bidzina Feradzeyə məxsusdur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!