EventsMusiqiTəqdimat

EMİN Bakıda konsert verəcək

Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır. İfaçının mətbuat xidmətindən  bildirilib ki, dekabrın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.

EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.

Qarşıdakı konsert də istisna olmayacaq. Musiqi qrupu ilə məşqlər sürətlə davam edir, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək – EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, “Sinyaya veçnost” kompozisiyasını ifa etmədən tamamlanmır.

Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: “MMM”, “Angel Bes”, “Otpusti i leti”,” Zabıt tebya” və s.

Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!