EventsTəqdimat

Ölkəmizdə ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək!

Azərbaycanın rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan Bloger və İnfluenserlər Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 6 iyun tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.

Tədbir “İnsure.az” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə həyata keçirilir.

“Kontent Dənizi” konsepti ilə keçiriləcək forum, rəqəmsal dünyanın sonsuz axınında kontentin gücünü, təsirini və istiqamətverici rolunu daha dərindən anlamaq üçün unikal bir platforma təqdim edir. Burada bloger və influenserlər yalnız izləyici kütləsi yaradan deyil, həm də trendləri formalaşdıran, fikir yönləndirən və brend dəyərlərinə təsir edən əsas güc kimi müzakirə olunacaq. Bu konsept rəqəmsal dünyada kontentin sonsuzluğunu, sürətlə dəyişən trendləri və bu “dənizdə” düzgün istiqamət seçməyin vacibliyini ön plana çıxarır.

Forum proqramı çərçivəsində 6 panel müzakirəsinin keçirilməsi planlaşdırılır.

I Panel: Biznes və Şəxsi Brendinq

Rəqəmsal mühitdə şəxsi brendin formalaşdırılması, düzgün mövqe seçimi və uğurlu əməkdaşlıq modelləri müzakirə olunacaq.

II Panel: Əyləncə və Yumor

Kontent yaradılmasında kreativ yanaşma, auditoriya ilə emosional bağın qurulması və yumorun təsir gücü ətrafında fikir mübadiləsi aparılacaq.

III Panel: Gözəllik və Sağlamlıq

Gözəllik trendləri, sağlam həyat tərzi və bu sahələrin media kontentində əksi diqqət mərkəzində olacaq.

IV Panel: Həyat Tərzi və Səyahət

Lifestyle kontentin yaradılması, gündəlik həyatın təqdimatı və səyahət təcrübələrinin paylaşılması mövzuları müzakirə ediləcək.

V Panel: İnsan və Mədəniyyət

Cəmiyyətlə ünsiyyət, mədəni dəyərlərin təbliği və sosial təsir imkanları üzrə çıxışlar baş tutacaq.

VI Panel: Mətbəx və Yemək

Qida kontenti, kulinariya trendləri sahəsində yeniliklərə dair müzakirələr aparılacaq.

Tədbir yalnız çıxışlardan ibarət deyil, həm də interaktiv panel müzakirələri, sual-cavab sessiyaları və real təcrübə paylaşımları ilə yadda qalacaq. Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara Milli Marketinq Forumunda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.

Biletləri əldə etmək üçün bifbaku.az saytına daxil ola bilərsiniz.

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!