“Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək
3 Mart tarixində “Holiday Inn” otelində “ Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə “Kids Best Model of Azerbaijan 2019” yarışması keçiriləcək.
Müsabiqədə 4-14 yaş arasında uşaqlar olmaqla 91 model iştirak edəcək. Modellərin 48-i qız, 43-ü oğlandır.
Tədbirin layihə rəhbəri “ Star Kids Group MMC” şirkətinin Direktoru Aygün Əliyevadır.
Frame.az