Baku City CircuitFormula 1

1 günlük və 2 günlük biletlər artıq satışda!

2018-ci il artıq başlayıb və indi bizi Azərbaycan Qran Prisindən cəmi 3 ay ayırır! İlin ən həyəcanlı idman yarışlarından birinə hələ də bilet almamısınızsa, sizin üçün əla fürsət yaranıb!

Artıq 2018 Formula 1 Azərbaycan Qran Prisinə seçilmiş tribunlar üçün 1 və 2 günlük biletlər də satışdadır. 1 günlük biletlərlə cümə günündə, 2 günlük biletlərlə isə şənbə-bazar günlərində nəfəskəsən Qran Pri atmosferinə qərq ola bilərsiniz.

Yaz aylarında Bakı küçələrində pilotların gərgin mübarəzini izləmək, sizi darıxmağa qoymayacaq əyləncələrdən həzz almaq, dünyanın ən möhtəşəm idman tədbirlərindən birini doğma şəhərinizdə canlı yaşamaq və dünya ulduzlarının heç vaxt unutmayacağınız möhtəşəm şoularını izləmək istəyirsinizsə, 1 və 2 günlük biletləri almağa tələsin!

Yox, əgər Qran Pri həyəcanını tam yaşamağı düşünürsünüzsə, 4 günlük biletlərimizi əldə edə bilərsiniz. Bu biletlər sizə ən güclülərin yarışı, rəngarəng əyləncələr və ulduzların unudulmaz konsertləri ilə yanaşı, Qran Prinin ən gözlənilən tədbirlərindən biri ㄧ cümə axşamı günü baş tutacaq Pit Leyn gəzintisinə qatılmaq imkanı verir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!