MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Muğam axşamları” layihəsi çərçivəsində “Çahargah” muğamı səslənib

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” layihəsi çərçivəsində səslənən “Çahargah” muğamsevərləri bir araya topladı. Beləki mayın 16 –da  start verilən  “Muğam axşamları” layihəsi geniş tamaşaçı rəğbəti ilə qarşılanır.

         Muğamın müxtəlif şöbələri və güşələri Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramovun ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tar-Ayaz İmranov,kamança- Elvin Novruzov, ud- Əmrah Orucov, qanun- Humay Abbas, nağara- Soltan Əliyev, balaban- Adil Müslümov) müşayət edirdi.

Xanəndələr tərəfindən ifa olunan “Çahargah” muğamının rəngarəng ifası  tamaşaçılar tərəfindən alqışla qarşılandı.

 “Çahargah”Azərbaycan musiqisində yeddi əsas muğam dəstgahlardan biridir, sıra sayımı ilə 4-cü muğamdır.

Üzeyir Hacıbəyov hər bir muğamın bədii–ruhi təsir cəhətdən xarakterizə edərkən Çahargahın həyəcan və ehtiras hissi oyatdığını bildirir. Ü.Hacıbəyov “Çahargah” muğamının öz əsərlərində necə istifadə etməsini bu cür şərh edir: “Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda mən “Çahargah” muğamını işlədirəm”.

Qeyd edək ki, 20 İyun tarixində “Muğam axşamları”layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı səslənəcək. Biletlərləri şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!