MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert keçirildi

14 İyun Beynəlxalq Muğam Mərkəzində  Milli Qurtuluş gününə həsr olunmuş  Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutdu. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət Və Turizm  Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirildi.

Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış etdilər. Şagirdlərin ifasında V. Adıgözəlovun  “Lay-lay”, “Qərənfil”,  S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səsləndi.

Konsertdə  tamaşaçılar qarşısına məktəbin şagirdləri Ayla  Qaracayeva ,Fərid İslamlı ,Samir Pənahov , Eldar Bayramov , Amin Məhərrəmzadə ,Zərifə  Alxazova ,Ağaşirin  Həsənov , Kamil Mikayılov ,Fəqan  Həsənli ,Nərmin Quliyev ,Sevil Kəngərli ,Rövşən Zülfüqarov , Xanim Kərimova  və “İncilər” violençel ansamblı  çıxış etdilər.

 İfalar piano, tar, kamança, skripka və digər musiqi  alətlərinin müşaiyəti ilə səsləndi.

Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxdı və tədbir gur alqışlarla  başa çatdı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!