EventsQalereyaSosialSərgiTəqdimat

“ŞƏHİD ŞƏHƏR”adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi açılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq, Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri sənət əsərləri vasitəsi ifadə etmək, zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümünə nail olmaq, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirmək və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə, “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq ,17 yaşa qədər uşaqlar  arasında elan olunmuş ŞƏHİD ŞƏHƏRadlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi 21 fevral 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.

Sərginin açılışından əvvəl “AN” tədris mərkəzi və 98 nömrəli məktəbi şagirdləri“Şəhid şəhər” adlı kompozisiyaları ilə çıxış etdilər.

Tədbiri açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, sərgilən rəsmlər uşaqların bu hadisənin mahiyyətini nə dərəcədə anlamasından və əsərlərində ifadə etmələrindən danışdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək Xocalı faciəsini xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırım olduğunu bildirdi.Əməkdar rəssam Rafael Muradov bütün uşaqlara sülh arzuladı və  bildirdi ki, qoy gələcək nəsillər unutqan olmasınlar və xalqımızın dostu və düşmənini tanısınlar. Qoy gənc nəslin yaddaşı möhkəm olsun və tariximizi unutmasınlar. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqlara tarixi unutdurmamaq və vətənpərvərlik hisslərinin aşılanmasındakı xidmətlərinə görə uşaqların valideyn və  müəllimlərinə təşəkkür etdi. Xətai Sənət Mərkəzinin direktoru çıxışında Xocalı hadisələrinin mahiyyətindən danışaraq, bu hadisənin Azərbaycan xalqı üçün böyük bir faciə olduğunu qeyd etdi.

Tədbirin sonunda münsiflər heyəti,uşaqlar və valideynlər “Xocalı” abidəsinin önünə gül dəstələri qoydular.

Qeyd etmək istəyirik ki, müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi  ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən,əməkdar rəssam Rafayel  Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş olundu.

Sərgidə nümayış olunan işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu.

Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı, Lənkəran, Sumqayıt bölgələrin məktəbliləri, o cümlədən,1 Nömrəli UGİM, 108 Nömrəli Məktəb, 2 Nömrəli UİM, 2 Nömrəli UGİM, 4Nömrəli UGİM, 5 Nömrəli UİM , An Tədris  Mərkəzi, Art School By Rufane, H. Abbasov Adına Maştağa Mədəniyyət Mərkəzi , Lənkəran Kaspi Təhsil Mərkəzi, LənkəranŞəhərUşaqRəssamlıqMəktəbi, Masallı rayon On birillik incəsənət məktəbi Rəssamlıq şöbəsi. , Matris” Tədris Mərkəzi, Nigart Studiya, Respublika UGİM, Sumqayıt ƏhmədBakıxanov adına UİM, Vəfa Art Studiya , Xetai Uşaq RəsmYaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!