Sosial

Gəncədə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib

Bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir.

Belə ki, koronavirus (COVID-19) infeksiyası sürətli şəkildə yayılır. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistikaya baxsaq görərik ki, xəstəliyin yaratdığı fəsadlar kifayət qədər ciddidir.” Bu fikirləri Gəncə Grand Qafqaz Kompleksin Rəhbərliyi bildirib.

“İnşallah biz birlikdə bu bəlanın öhdəsindən gələcəyik! Biz birlikdə daha güclüyük. Bu gün bu məsələdə hamı bir nəfər olaraq ümummilli məsələlərdə olduğu kimi dövlətə dəstək olmalıdır. Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Bu işdə əziyyət çəkən hər kəsə, xüsusilə də həkimlərimizə, polislərimizə minnətdarıq. Azərbaycan vətəndaşı olaraq demək istərdim ki, biz güclü və dözümlü xalqıq. Bu çətinliyin öhdəsindən də gəlməyə yetəri qədər gücümüz var. Sosial şəbəkələrdə və ətrafımızda nə qədər imkanlı şəxslər var ki, əlindən gələni ehtiyacı olan şəxslərə köməklik etməklə göstərir. Bizdə Grand Qafqaz Ticarət Kompleksi olaraq “Biz Birlik də Güclüyük” aksiyasına qoşulduq.

Beləki hər gün əməkdaşlarımız tərəfindən 20-25 az təminatlı ailələlərə ərzaq yardımı göstərilir.

Gəlin Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyələrə əməl edək, sağlamlığımıza biganə qalmayaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!