“Xaricdə təhsil alan hər bir tələbə Azərbaycanın kapitalıdır”-Gülnur Əliyeva

Hoffman Co şirkətinin icraçı direktoru Gülnur Əliyeva ilə olan müsahibəni sizə təqdim edirik.

Zəhmət olmasa özünüzü təqdim edin.

–  Hoffman Co şirkətinin icraçı direktoru Gülnur Əliyeva.

Xaricdə Təhsilin Prespektivləri nələrdir?

– Xaricdə Təhsilin bir çox üstünlükləri var. Başlıca olaraq siz fərqli tədris metodikası ilə təhsil verilən, öz ana dilinizdən fərqli ikinci bir dillə təhsil almış olacaqsınız. Xarici ölkədə təhsil aldığınız zaman inteqrasiyanızda böyük əhəmiyyət kəsb edəcək fərqli mədəniyyətlərlə, ənənələrlə, insanlarla tanış olacaqsınız.  Bununla yanaşı fərdi inkişafınıza, sosiallaşmanıza, fərd daxili və fərdlər arası xarakterinizin bütünləşməsində əsas vasitələrdən biridir xaricdə təhsil.

Daha sonra xaricdə təhsilinizi bitirib geri dönüyünüzdə iş üçün müraciət etdiyiniz şirkətlərin daha çox diqqətini çəkəcəksiniz. Xaricdə təhsil almış tələbələr təcrübədə, problemlərin həllində, komunikasiyada, cəmiyyətlə əlaqədə çox fərqləndikləri üçün işə götürülən zaman onlara daha çox üstünlük verilir.

Niyə Türkiyədə təhsilə daha çox üstünlük verilir?

– Çünki Türkiyə bir çox səbəbdən özümüzü yad hiss etməyəcəyimiz qardaş ölkədir. Tələbələrimiz orda özlərini yad hiss etmirlər. Ən əsası son illərdə Türkiyədə təhsil keyfiyyəti dünya təhsil səviyyəsinə çox sürətlə inteqrasiya etməkdədir. Tələbələrimiz təhsil üçün Türkiyəyə getdikləri zaman, təhsil alacaqları şəhərə tez adaptasiya ola bilir. Türkiyədə həm yaşamaq həm də oxumaq daha rahat olur. Üstəlik bir çox ənənələrimiz, adətlərimiz ,ən çox milli mentalitetlərimiz oxşar və ya yaxın olduğu üçün bakalavr təhsili almaq istəyən bir çox abituriyentlərin valideynləri övladlarının daha çox Türkiyədə təhsil almalarını istəyirlər.

Sizin şirkətin xidmətləri nələrdir və Hoffman Co şirkətinin üstünlükləri nələrdir?

– Biz ilk öncə müraciət edən şəxsə ödənişsiz konsultasiya xidməti göstəririk. Tələbənin xüsusi istəkləri ilə bizim onun üçün daha uyğun olduğunu düşündüyümüz universitetlərin və ixtisasların fikir mübadiləsini etdikdən sonra müqavilə bağlanır. Müqavilədə tələbənin öz seçimi və istəyi ilə universitetlər, ixtisaslar qeyd olunur.

Üstünlüklərimizdən biri biz hər zaman tələbəyə real olanları bildiririk. Bundan əlavə ilkin ödəniş olaraq 50-100 azn depozit ödəyirlər, qalan xidmət haqqı məbləğini isə Universitetdən qəbul aldıqdan sonra qəbul sənədini onlara təqdim etdikdə ödəyirlər.

Tələbələrimizin universitetdə qeydiyyatını apardıqdan sonra xidmətlərimizdə onların yurda yerləşdirilməsi, bank hesabının açılması, əlaqə nömrəsinin alınması, təhsil alacaqları şəhəri tanımaq üçün ətraf gəzintisi, oturma izninin alınması üçün göç idarəsinə təqdim olunmalı sənədlərin tərtib olunması və s. kimi kiçik və böyük xidməti fəaliyyətlərimiz olur.  Biz tələbəyə müştərikimiz deyil, Hoffman Co ailəmizin bir üzvü kimi baxır və qayğı göstəririk. Bunu keçmiş tələbələrimizin bizim üçün dedikləri müsbət fikirlərində, gözəl və səmimi münasibətlərində də görə bilərsiniz.

Son olaraq Xaricdə təhsil almaq istəyənlərə nə tövsiyyə edərdiniz?

Abituriyent xaricdə təhsil almaq istəyirsə bu istəyini reallaşdırmaq üçün şirkətlərə müraciət edərək daha etibarlı və rahat şəkildə qəbulunun alınacağına və qeydiyyatının aparılacağına şahid ola bilər. Tələbələrə tövsiyyəm Türkiyədə təhsil zamanı aktiv olsunlar, dərslərindəki davamiyyətlərinə əhəmiyyət versinlər, sosail aktivitələrə qoşulsunlar. Universitet fəaliyyətlərini genişləndirsinlər, seminarlara ,treyninqlərə qoşulsunlar. Təhsil proqramlarında iştirak edərək dünya görüşlərini artırsınlar. Xarici tələbələrlə dostluq etsinlər, networkinglərini artırsınlar.

Əgər maddi və mənəvi cəhətdən xaricdə təhsil almaq üçün imkan və fürsətləri varsa mütləq şəkildə dəyərləndirsinlər. Hətta deyərdim onlar sadəcə istəsinlər, biz onlar üçün imkanları və fürsətləri yaradarıq. Çünki xaricdə təhsil onların gələcək uğurları üçün lazımlıdır, xüsusən də xaricdə təhsil alan hər bir tələbə Azərbaycanlı olaraq Azərbaycanın kapitalıdır.

Bütün abituriyentlər və tələbələr , əyani və ya qiyabi təhsil üçün bizə müraciət edərək bakalavr və magistr təhsillərini rahat şəkildə ala bilərlər.

Sosial media hesablarımız :
Facebook: https://bit.ly/3lsdlQ5
İnstagram: http://bit.ly/3laB7kn
Linkedin: https://bit.ly/3t0F274
Əlaqə üçün – 070 245 23 23

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: