Bakı Beynəlxalq Qadınlar Klubu mövsümünü açıq elan etdi
13 oktyabr 2026-cı il tarixində Four Seasons Hotel Baku otelində Bakı Beynəlxalq Qadınlar Klubunun 2026–2027-ci mövsümünün açılış mərasimi keçirilib.
Tədbirdə diplomatik korpusun nümayəndələri, 12-dən çox səfirliyin təmsilçiləri, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.
Klubun prezidenti, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirinin həyat yoldaşı Asemgül Bayel və vitse-prezident Cəmilə Hüseynovanın çıxışlarından sonra yeni mövsüm rəsmi olaraq açıq elan edilib.
Tədbirin musiqi proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyaz Məmmədova, eləcə də Azərbaycanın Xalq artisti Fidan Hacıyeva və onun musiqi məktəbinin şagirdləri çıxış ediblər.
Yeni mövsümdə klub humanitar əməkdaşlığın inkişafı, mədəni əlaqələrin genişləndirilməsi, qadınların və uşaqların dəstəklənməsi, xeyriyyə təşəbbüslərinin təşviqi və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Tədbirin çəkilişində göstərdiyi dəstəyə və peşəkarlığa görə Zoom Gallery-yə təşəkkür bildirilib.

