6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Dinləmələrin növbəti həftəsində Məhəmməd Hüseyn Şəhriyarın qəzəllərinə müraciət edildi.
Münsiflər heyyətinin üzvləri Respublikanın Xalq artistləri Əlibaba Məmmədov,Arif Babayev,Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Muğam Televiziya müsabiqəsinin iştirakçısı Əməkdar incəsənət xadimi Nadir Axundov iştirakcıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirdilər.
Səhnəyə cixaraq Valid Abdullayev –Şur (Dilbər Telin darama),Nurlan Namazov – Xaric Segah (Gözəl sənə məlum olsun), Rəvanə Əmiraslanlı – Qatar ( Bir ney kimi hərdən), Məftun Məmmədov – Mahur (Dad əlindən ay gözəl), Səma Sultanova – Zil Zabul (Bu dağlarda maral gəzər) musiqisini ifa etdilər. Münsiflər heyyəti hər iştirakcının çıxışına öz fikirlərini bildirərək onların ifalarını qiymətləndirdilər.
Dinləmələrin növbəti günü səhnəyə Taleh Hüseynli – Bayatı Şiraz ifa etdi. Daha sonra Türkan Orucova- Mirzə Hüseyn Segahı (Endim bulaq başına), Məcid Əsri – Şur ( Burdan bir ceyran keçər), Almaxanım Əhmədli – Xaric Segah (Gözəl sənə məlum olsun), Pərviz Qasımov – Rast (Ağ üzündə xalın hüsnüdür camalın) ifa etdilər.
Həftənin sonunda münsiflər heyyətinin qərarına əsasən Valid Abdullayev, Səma Sultanova, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov 70 bal, Rəvanə Əmiraslanlı 69, Nurlan Namazov 68, Məftun Məmmədov, Türkan Orucova 65 bal topladı.
Müsabiqənin qaydalarına əsasən ən az bal toplayan Taleh Hüseynli müsabiqədə iştirakını dayandırdı.
Müsabiqənin növbəti dinləmələri 22 may Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Frame.az