EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi ” Orta əsr musiqisi və musiqi alətlərinin tarixi ” mövzusunda beynəlxalq elmi seminar təqdim edir

Beynəlxalq Muğam Mərkəzində ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa və Avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçiriləcəkdir.
2019-cu il martın 16-da saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində həmin Mərkəzin “Dəyirmi masa” layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Milli Konservatoriyası və Bakıdakı Avstiya səfirliyi, həmçinin, Azərbaycan Dillər Universiteti ilə birgə təşkil etdiyi “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” adlı tədbir, bununla yanaşı, saat 19:00-da eyni təşkilatçıların təqdim etdiyi qədim Şərq və Qərb musiqisinə həsr olunmuş konsert keçiriləcəkdir.
Musiqi alətləri hər xalqın, öz növbəsində, musiqi mədəniyyətinin əsas tərkib hissələrindən biridir.  Xalqların məişətinin, təsərrüfat və ictimai fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin, tarixinin müxtəlif yönləri ilə bağlı olaraq, musiqi alətləri ən fərqli profili olan sənətkarların, alimlərin: bəstəkarların, yazıçıların, etnoqrafların, tarixçilərin, filosofların, sənətşünasların, musiqişünasların, arxeoloqların,  folklorşünasların və başqalarının diqqətini cəlb etmişdir. Alətlərin təsviri və öyrənilməsi tarixi minillikləri, hətta daha geniş dövrləri əhatə edir.  Son illər isə orqanologiya və ya alətşünaslıq, musiqi elminin müstəqil sahəsi kimi formalaşmışdır.  Musiqi alətlərinin qanunauyğunluqlarının mənimsənilməsində müxtəlif elmlərin nailiyyətlərinin tətbiqinə və müxtəlif ölkələrdən olan, fərqli profilli alətşünasların, bir araşdırma ətrafında,  səylərinin birləşdirilməsinə olduqca böyük ehtiyac duyulur.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru , Azərbaycanin xalq artisti , professoru Murad Hüseynov , AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi , AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, alətşünas-tədqiqatçı Məmmədəli Məmmədov, avstriyalı musiqişünas-orqanoloq, bəstəkar, professor Tomas Şallabök, xalq artisti, professor Fəxrəddin Dadaşov, ADU-nin müəllimi Lətifə Qurbanova və başqalarının iştirakı nəzərdə tutulmuşdur.
İşrirakçıların qədim musiqi alətləri haqqında, onların təkmilləşdirilməsi və bərpası, bu müqabildə, digər perspektivlər və s. kimi rəngarəng mövzularda məruzələri dinləniləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!