EventsIqtisadiyyatTəqdimat

Sənətçi AbdulXalid Quliyevin Tovuz-Konyak evində ilk görüşü baş tutub

Görüşdə müxtəlif iş adamları, media nümayəndələri, blogerlər və şirkətin icraçı direktoru Günel Məmmədhəsənova iştirak ediblər.

Tədbirin açılış hissəsində şirkətin icraçı direktoru Günel Məmmədhəsənova qonaqlara məhsullar, yeni çeşidlər, şirkətin xarici ölkələrdə keçirdiyi təqdimatlar və görüşlər, eləcə də gələcək planları haqqında ətraflı məlumat verib.

Daha sonra qonaqlar üçün yeni məhsulların dequstasiyası təşkil olunub. Dequstasiyada iştirak edən qonaqlar şərabları şamilye üsulu ilə qiymətləndiriblər.

Onların yekun qərarına əsasən, birinci yerə albalılı  şərab layiq görülüb.

Tədbirin sonunda qonaqlara eksklüziv hədiyyələr təqdim olunub.

Görüş  AbdulXalidin ifasında səsləndirilən musiqili nömrə ilə yekunlaşıb.

Tovuz Konyak Evində keçirilən görüş məhsulların təqdimatı, dequstasiya və xoş ünsiyyət baxımından qonaqlar üçün yaddaqalan bir tədbirə çevrilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!