EventsMədəniyyətSərgiTəqdimat

Ulu Öndər Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil olunub

“NUR Art House” qalereyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil edilib.

Vorkşop “Arts Council Azerbaijan” təşkilatının, “World Craft Council Europe“ və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalın müəllifi Dadaş Məmmədov, vorkşopun kuratoru Teymur Qəribovdur.

Vorkşop çərçivəsində 10 rəssamın yaratdığı 10 ayrıca əsər birlikdə Ulu Öndər Heydər Əliyevin həyatını, həmçinin onun Azərbaycanın inkişafı və çiçəklənməsinə olan təsirini əks etdirib. Eyni zamanda istedadlı heykəltaraş Teymur Qəribov Ümummilli Liderin büstünü yaradıb.

Məqsəd təkcə təsviri sənət obyektlərinin yaradılması deyil, həm də yaradıcılıq prosesi zamanı ustadın işini görmək, eləcə də qeyri-rəsmi şəraitdə rəssamlarla ünsiyyət qurmaq olub. Vorkşop, eyni zamanda, özünü təkmilləşdirmə, həmçinin gənc istedadların yetişdirilməsi forması kimi yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məqsədilə həyata keçirilib.

Vorkşopda Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva və Dinara Müzəffərli iştirak ediblər.

Qeyd edək ki, girişi sərbəst olan tədbirin qonaqları heykəltaraşlıq əsərlərinin yaradılmasının əziyyətli və mürəkkəb prosesini görmək, eyni zamanda müxtəlif üslublarda bu prosesin mürəkkəbliyini, eləcə də gözəlliyini qiymətləndirmək imkanına sahib olublar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!