Tanınmış ifaçıya yeni vəzifə verildi
Azərbaycanın köklü şərab və spirtli içki istehsalçılarından biri olan Tovuz-Baltiya şirkəti, brendin yeni simasını ictimaiyyətə təqdim edib..Bu “Etiraf”, “Səni Çoxdan Sevirəm”, “Can yoldaşım”, “Dama Dama”, “Qoca Qartal” və.s hit mahnıların ifaçısı Abdul Xalid-dir.
Sənətçinin Tovuz-Baltiya şirkəti ilə əməkdaşlığa başlaması sənət və yerli brend əməkdaşlığı baxımından diqqətçəkən addımlardan biri sayıla bilər. Tovuzla xüsusi bağlılığı olan ifaçının yaradıcılığında da bu bölgənin özünəməxsus ruhu və milli dəyərləri mühüm yer tutur. Abdul Xalid Tovuzda doğulub-böyüdüyünü qeyd edib və yaradıcılıq layihələrindən birinin çəkilişlərini də məhz Tovuzda həyata keçirib.
Qeyd edək ki, Tovuz-Baltiya 1989-cu ildən formalaşan, Tovuzun üzümçülük ənənələrinə söykənən, şərab, konyak/brendi və digər spirtli içkilər istehsal edən, xarici bazarlara da geniş çıxışı olan Azərbaycan brendidir.


