“Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi keçirilib
“HIMA – Hub Integrated Medical Alliance” təşkilatının həyata keçirdiyi “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti mərhələsi “Referans Medical Group”un tərkibinə daxil olan “Leyla Medical Center”də keçirilib.
Layihənin əsas məqsədi Azərbaycanın tibbi infrastrukturunun və səhiyyə xidmətlərinin turizm sektoru nümayəndələrinə tanıdılması, həmçinin tibbi turizm və turizm sahələri arasında əməkdaşlığın genişləndirilməsidir.
Tədbir çərçivəsində iştirakçılar “Leyla Medical Center”in müasir texnoloji imkanları, beynəlxalq standartlara uyğun xidmət modeli və pasiyent yönümlü yanaşması ilə tanış olublar. Görüş zamanı Azərbaycanın tibbi turizm sahəsində regional mərkəzə çevrilməsi və xarici pasiyent axınının effektiv idarə olunması istiqamətində strateji məsələlər müzakirə edilib.
“Referans Medical Group”un Strateji Marketinq və Tibbi Turizm üzrə meneceri Anar Yusifov bildirib: “Bu kimi platformalar yerli tibb müəssisələrinin beynəlxalq tibbi turizm bazarına inteqrasiyasını sürətləndirir və Azərbaycanın bu sahədə rəqabət qabiliyyətini gücləndirir.”
“HIMA – Hub Integrated Medical Alliance”ın təsisçisi və direktoru Elnarə Musəvi qeyd edib ki, layihə Azərbaycanın tibbi turizm potensialının beynəlxalq səviyyədə təşviqinə və sektorlararası əməkdaşlığın inkişafına xidmət edir. O, layihənin növbəti mərhələlərinin ölkənin digər aparıcı tibb müəssisələrində davam etdiriləcəyini vurğulayıb.

