Gürcüstan 2023-cü ildə keçiriləcək Fristail Dünya Çempionatına tam sürətlə hazırlaşır
Azərbaycanın qonşusu olan Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli yerlərdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar.
Son illər Gürcüstanda qış turizmi daha çox inkişaf edib. Buna səbəb bir neçə dağ-xizək kurortların olmasıdır.
BAKURİANİ – dağ-xizək kurortu kimi tanınmış şəhər tipli qəsəbədir. Qış fəslində ailəvi istirahət üçün yaxşı seçimdir.
QUDAURİ-qəsəbə olub, həmçinin ən uzun trasları ilə məşhur olan dağ-xizək kurortudur. Buraya yüksək səviyyədə təşkil edilmiş istirahəti qiymətləndirən bütün qış idmanı həvəskarları gedə bilərlər.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstan Fristail Dünya Çempionatına ev sahibliyi edəcək. Bu münasibətlə daha bir neçə yeni kanat yollarının açılışı nəzərdə tutulub. Kanat yollarının tikintisi 2023-cü il dünya çempionatı üçün Bakurianidə, Didveli ərazisində həyata keçiriləcək.
Bu da öz növbəsində Bakurianiyə gələcək turistlərin sayının artımında və yeni iş yerlərinin açılmasında öz təsirini göstərmiş olacaq.
Əgər siz bu vaxta kimi Gürcüstanda olmamısınızsa, onda tələsin!
Frame.az