SəyahətTurizmTəqdimat

Bir qrup yerli media nümayəndələrinin Gürcüstana səfəri təşkil olunub

Gürcüstan Turizm İdarəsinin təşəbbüsü ilə bir qrup yerli media nümayəndələrinin Gürcüstana səfəri təşkil olunub.

Səfərin ilk günü jurnalistlər qədim Tiflis şəhərinin mərkəzi parkındakı şəlalə ilə tanış olub, Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət ediblər. Həmin gün media nümayəndələri M.F.Axundovun ev muzeyini də ziyarət edib, 20 Şəhidlərinin xatirəsinə həsr edilmiş foto stendlərlə tanış olublar.

Növbəti gün ərzində media nümayəndələri Gürcüstanın qış turizm komplekslərindən birinin yerləşdiyi Gudauriyə səfər ediblər.

Qeyd edək ki, Gudauri – Gürcüstanın Kazbegi bölgəsində, Tbilisidən 120 km məsafədə, Cross Pass yaxınlığında 2.196 m (təxminən 2200 fut) yüksəklikdə yerləşən gənc və sürətlə inkişaf edən qış idman kurortudur. Qış mövsümü dekabrdan aprel ayına qədər davam edir, bütün marşrutlarda rahat xizək sürmək olur. Burada hətta may ayında belə qar örtüyü qaldığı üçün xizək sürmək mümkündür.

Ertəsi gün jurnalistlər fərqli mineral suyu ilə məşhur bir kurort şəhəri olan Borjomi-yə səfər edib. Hər tərəfin ağappaq qar örtüyünə büründüyü Borjomidə jurnalistlər yeni istifadəyə verilmiş otelin həyətindəki parkda gəzərək mineral su mənbələri ilə yaxından tanış olub. Xatırladaq ki, buradakı quyudan gələn su, dükanlarda satın ala biləcəyiniz Borjomi suyundan bir neçə qat daha güclüdür. Borjomi çox sayda otelə sahibdir və sovet dövründə çox məşhur yerlərdən biri olub, hələ də bu dövrdən qalma bəzi binalar burada saxlanılmaqdadır. Şəhərin mərkəzinin yuxarısında, bölgəyə və dağlara əla mənzərəni təmin edən yaylı bir təkər və otellər var. Bundan əlavə, yaxınlıqdakı Borjomi Xaragauli Milli Parkı Gürcüstanda ən böyük və məşhur gəzinti yeridir.

Borjomidən Bakurianiyə media nümayəndələri qalın şam ağaclarının əhatəsində yerləşən məşhur 100 illik boggy qatarı ilə gedərək,  yol boyu müxtəlif ağaclar, ərazilər, eləcə də kəndlərlə tanış olublar. Əyər Gürcüstana yolunuz düşsə mütləq bir dəfə də olsa bu qatarla səyahət edin. Səyahətin qiyməti cəmi 2 lari olsa da bəxş edəcəyi sevinc qiymətsizdir.

Beş günlük səfər zamanı media nümayəndələrini təcrübəli gid Marika Bogveradze müşayət edib. Ö öz biliklərini jurnalistlərlə bölüşüb. Jurnalistlər səfərdən xoş təəsüratlarla ayrılıb.

Frame.az kollektivi adından belə gözəl, maraqlı və faydalı tur üçün Gürcüstan Turizm İdarəsinə təşəkkür edirik.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!