Təqdimat

“ABB – Gürcüstan”-ın 10 yaşı tamam olur

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu il dönümü tamamlanıb.Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyətə başlayıb. Hazırda “ABB–Gürcüstan”-ın nizamnamə kapitalı 22,688,000 laritəşkil edir.

Gürcüstan Banklar Assosiasiyasının üzvü, Gürcüstanın “Birləşmiş Klirinq Mərkəzi”nin təsisçilərindən olan Bank 2011-ci ildə BACEE təşkilatına (Mərkəzi və Şərqi Avropa regionu üzrə Banklar Assosiasiyası)  qəbul edilib.

“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir.Bank Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı beynəlxalq layihələrə maliyyə vasitəçisi kimi yaxından dəstək göstərir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!