SərgiTəqdimat

“Abşeron” adlı müasir rəsm sərgisi açılacaq

Sentyabrın 25-də “Art Tower” qalereyasında “Abşeron” adlı müasir rəsm sərgisi açılacaq.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.

Bir sıra rəssamın Abşeron mövzusunda 2 sentyabr tarixindən başlayaraq vorkshop formatında sənət əsərlərini yaradacaqlar və yekünda sərgi təşkil olunacaq.

Rəssamların iş prosesinə baxmaq üçün 2-24 sentyabr tarixlərində, hər şənbə və bazar günləri saat 12:00-17:00-dək Art Tower qalereyasına gələrək baxmaq mümkün olacaq.

Qeyd edək ki, vorkshop sentyabrın 2-dən 24-dək davam edəcək.

Giriş sərbəstdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!