Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədova və “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribova “Şöhrət” ordeni təqdim olunub.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu gün qeyd olunan mülki aviasiya işçilərinin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində nailiyyətlər arzu edib.

Nazir bildirib ki, ölkəmizdə Ulu öndər Heydər Əliyevin Azərbaycan elminə və mülki aviasiya sahəsinə göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ramin Quluzadə Adil Qəribovun elmin inkişafında və Arif Məmmədovun mülki aviasiya sahəsində göstərdiyi xüsusi xidmətlərdən söz açaraq bu barədə ətraflı danışıb. Nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və “Şöhrət” ordenini təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 mart 2020-ci il tarixində Adil Abdulxalıq oğlu Qəribovun, 17 aprel 2020-ci il tarixində Arif Əhməd oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: