ADO teatrının Fransa festivalındakı proqramı açıqlanıb

Xəbər verdiyimiz kimi ADO teatrının kollektivi Fransada Meriya 69-cu beynəlxalq Oriak festivalında iştirak edir.

Bu gün 700-dən çox kampaniyanın iştirak etdiyi festivalın proqramı açıqlanıb.

Azərbaycandan festivala qatılan ADO teatrı 8 dəfə çıxış edəcək. “Hamam” performansı gündə 2 dəfə olmaqla 4 gün – 23, 24, 25 və 26 avqust, hər gün saat 13:15 və 14:30’da şəhərin mərkəzində, Henri Mondor küç.31 ünvanında göstəriləcək.

Festivala qatılan 10 000-dən çox insan (artistlər və izləyicilər) telefonlara yüklənmiş proqramlar vasitəsilə istədikləri ölkənin, iştirakçıların ünvanını taparaq tamaşaları izləyəcəklər.

Frame.az komandası adından ADO teatrının kollektivinə uğurlar arzu edirik. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: