EventsTeatr

Afaq Bəşirqızı Akademik Musiqili Teatrda pərəstişkarları ilə görüşəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə martın 6-8-də xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunacaq bu tamaşa onun çoxsaylı pərəstişkarlarına əsl bayram hədiyyəsi olacaq.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edəcəklər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!