AFB Bank və AZSIĞORTA-dan şəhər sakinlərinə Ramazan payı
AFB Bank və AZSIĞORTA Ramazan Bayramı ərəfəsində birgə sosial layihəyə imza atıblar. Şəhər sakinləri tərəfindən məmnuniyyət və təqdirlə qarşılanan layihə çərçivəsində insanların sıx olduğu bir çox məkanlarda AFB Bank və AZSIĞORTA şirkətinin əməkdaşları 1000-dən çox iftar paketi paylayıblar.
İftar paketləriFəvvarələr Meydanı, Bakı Metropoliteni, hərəkətin sıx olduğu ərazilərdə yerləşən işıqforlarda və tıxaclarda paylanılıb.AFB Bank və AZSIĞORTA –nın bu təşəbbüsünü yüksək qiymətləndirən şəhər sakinləri əməkdaşlara minnətdarlıqlarını bildiriblər.
Sosial məsuliyyətə böyük əhəmiyyət verən AFB Bank və AZSIĞORTA gələcəkdə də bu kimi layihələri davam etdirmək niyyətindədirlər.
Frame.az