Faydamız OlsunGözəllikTəqdimat

Şərqin Cazibəsi Rive Gauche Bakou-da

Xəbər verdiyimiz kimi Azərbaycanın paytaxtı Bakıda aprelin 1-dən 22-dək Frankafoniya həftəsi keçiriləcək.

Bu layihə çərçivəsində Rive Gauche Bakou paytaxtın zərif sakinlərini şərqin gözəllik rituallarına həsr olunmuş master-klassda iştirak etməyə dəvət edir. Tədbir zamanı xanımlara bir sıra proqramlar təqdim olunacaqdır.

Bu proqramlardan biri olan “Charmes d’Orient” epilyasının təbii üsullarla aparılması sirlərini öyrətməklə yanaşı, bu prosedurun ağrısız və tamamilə təbii vasitələrlə mümkün olduğunu aşılayacaqdır.

Master-klass Londondan dəvət olunmuş mütəxəssis tərəfindən aparılacaqdır.

Tədbir zamanı qonaqlara üç proqram təqdim olunacaqdır.

Şərq üsullu ballı depilyasiya, Üzə qulluq və Şərq stilində manikür, pedikür adlı proqramlar tədbirə toplaşan xanımlara gözəl anlar bəxş edəcəkdir.

Master-klass aprelin 21-də Rive Gauche Bakou salonunda keçiriləcəkdir. Tədbir saat 15.00-dan 17.00-dək davam edəcəkdir.

Frame.az

http://https://youtu.be/5o-sFjBXh4s

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!