AFB Bankın İH Sədrinin 1-ci müavinin Beynəlxalq Konfransda çıxışı maraqla qarşılanıb

AFB Bankın İdarə Heyətinin birinci müavini Aydın Hüseynovun Beynəlxalq Pərakəndə Konqresində çıxışı iştirakçıların marağına səbəb olub.

Pərakəndə sektorun əsas oyunçularını bir araya gətirən Konqresdə MDB ölkələrindən qatılan 500-dən çox iştirakçı arasında sektor üzrə ekspert spikerlər, pərakəndəçilər, banklar, otellər, investorlar və start-uplar yer alıblar. AFB Bankın İdarə Heyəti sədrinin birinci müavini Aydın Hüseynov da konqresde “Təchizat zəncirinin maliyyələşməsi” mövzusunda nitqlə çıxış edib. O, strukturlaşdırılmış ticarət maliyyələşməsi alətləri, invoys maliyyələşməsi, sifarişin maliyyələşməsi, anbar maliyyələşməsi, faktoring ilə maliyyələşmə,əks faktorinq ilə maliyyələşmə və forfeytinq ilə maliyyələşməsi haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, AFB Bank Beynəlxalq Pərakəndə Konqresinin baş sponsoru olmuşdur.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Frame.az

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: